“Mütaliəni həyat tərzinə çevirək“ adlı müzakirə keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15599050305cfa430640e3c3.45577220.jpg)
Məktəbdə iyunun 7-də “Mütaliəni həyat tərzinə çevirək“ devizi adı altında bədii əsərlərin oxusu və müzakirəsi keçirilib. Mütaliə və müzakirə bütün siniflərdə ədəbiyyat müəllimləri və kitabxanaçının təşkilatçılığı ilə həyata keçirilib.
Ədəbiyyat müəllimi Ceyran Həşimova 7”B” sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında müxtəlif əsərlərdən ibarət oxucu müzakirəsi keçirib. Bu müzakirə şagirdlərdə bədii ədəbiyyata marağı daha da qüvvətləndirib.