10”A” sinfində “dəyirmi masa” keçirilib

  İyunun 4-də 10”A” sinfində Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə əlaqədar “dəyirmi masa” keçirilib. Tədbirdə məktəbin hərbi rəhbəri Qabil Nərimanov, məktəbin tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova iştirak edib. Tədbirin aparıcısı mövzu ətrafında çox geniş məruzə edib və ətraflı müzakirələr aparıb.

Hərbi rəhbər mayor Qabil Nərimanov öz çıxışında qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün Milli Ordu quruculuğuna başladı. Müstəqilliyin ilk illərində tarix boyu olduğu kimi, bu dəfə də ermənilər ölkəmizə qarşı ərazi iddialarına əl atdı. Nəticədə Dağlıq Qarabağ, bəzi rayon və kəndlərimiz mənfur qonşularımız tərəfindən işğal edilidi. 1992-ci il iyunun 12-də Milli Ordumuz genişmiqyaslı, uğurlu hücum əməliyyatı həyata keçirərək Əsgəran rayonunun şimal və cənubunda bəzi yaşayış məntəqələrində nəzarəti ələ keçirdi. 1994-cu ildə hərbi tariximizdə “Horadiz əməliyyatı“ kimi daxil olan bu döyüşdə Milli Ordumuzla bərabər Sərhəd Qoşunlarının, Daxili Qoşunların və Xüsusi Təyinatlı Milis Dəstələrinin köməyi ilə Horadiz qəsəbəsinə daxil olmaqla xeyli yaşayış məntəqəsini işğaldan azad etdi. Ordumuzun gündən-günə gücləndiyini və uğurlu döyüş əməliyyatları apardığını görən ermənilər 1994-cü ilin may ayında atəşkəs razılaşmasının imzalanmasına nail oldular. Atəşkəsdən sonra ordu quruculuğunda yeni mərhələ başladı.

2016-cı ilin Aprel döyüşlərndə ordumuzun qazandığı uğurlar mühüm hadisə kimi hərb tariximizə yazıldı. Ordumuzun  maddi-texniki bazası möhkəmləndirildi. Milli kadrların hazırlanmasına dair əhəmiyyətli qərarlar qəbul edildi və ordunun müdafiə qüdrətinin artırılması istiqamətində vacib addımlar atıldı. NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq başlandı. Bunun nəticəsidir ki, Azərbaycan Sülhməramlı Qüvvələri Kosovo, Əfqanistan və İraqda beynəlxalq əməliyyatlarda iştirak edir.

Sonda hərbi rəhbər Q.Nərimanov qeyd edib ki, bizim üzərimizə düşən əsas vəzifə məktəbdə təhsil alan şagirdləri  ordu sıralarında hərbi xidmətə yüksək səviyyədə mənəvi-psixoloji cəhətdən hazırlamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi