Şagirdlərlə maarifləndirmə söhbətləri aparılıb

İyunun 4-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova və tibb bacısı Gülər Şahverdiyeva siniflərə daxil olub, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya”nın icrası üzrə şagirdlər arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirmə söhbətləri keçirilib.
Söhbət zamanı şagirdlərin maraqlandıqları suallara cavab verilib və ətraflı müzakirələr aparılıb.