Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirildi.

Nəsimi rayonu Y.Mirzəyev adına 44 saylı tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar möhtəşəm bayram tədbiri keçirildi.Tədbirdə məktəbin bütün yaş qrupuna aid olan şagirdlər iştirak etdilər.Bayramın bütün atributları tədbirdə öz əksini tapmışdı.Yuxarı sinif şagirdləri “Kosa və Keçəl” i çox məharətlə obrazlı şəkildə nümayiş etdirdilər. Şagirdlərin hazırladığı səhnəciklər izləyənlərin böyük marağına səbəb oldu. Tədbir əsnasında bayram atributlarına, qədim sənət növlərinə xüsusi diqqət çəkilirdi. Bayram şənliyi şagirdlərin birlik və bərabərlik rəmzi olan yallı rəqsini ifa etmələri ilə ,Novruz bayramının ən zərif atributlarından olan Səməni rəqsi, Azərbaycanın milli oyun havalarından olan İnnabı rəqsi, Nazeləmə, Cücələrim və bir sıra başqa rəqslərlə daha da canlandı. Eyni zamanda şagirdlər çərşənbələr haqqında məlumatlar verib, onların qədim köklərindən, mahiyyətindən danışdılar. Novruzun gözəlliyi onun insanları bir araya toplaması, küsülülərin barışması, sevincin, sevginin, dostluğun ən gözəl şəkildə yaşadılmasıdır. Bəlkə elə buna görədir ki, bu bayram hər il böyük çoşğu ilə, təmtəraqla və sevilərək qeyd olunur.Hər bir kəsə bayram sevincini yaşamagı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi