“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir

Mayın 31-də məktəbin 4”A” sinif şagirdləri “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirib. Tədbirdə məktəbin direktoru, şagirdlər, valideynlər iştirak ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin uşaqlara göstərdiyi qayğı, ölkə prezidenti İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın uşaqlarla görüşü haqqında videoçarx izlənib.

Şagirdlər vətən haqqında, Qarabağ haqqında şeirlərlə, mahnılarla çıxış ediblər. Dünya uşaqlarının birliyini əks etdirmək üçün müxtəlif millətlərin paltarlarını geyinib, rəngarəng rəqslər göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi