“The Rolling Roll” və “The Wolf and Little Goats” adlı tamaşa
Mayın 29-da 2”A” və 3”A” sinif şagirdləri ingilis dilində “The Rolling Roll” və “The Wolf and Little Goats” tamaşalarını səhnələşdiriblər. Məqsəd şagirdlərin ingilis dili fənninə marağını artırmaq, dünya xalqlarının nağılları ilə tanış etmək idi.
Şagirdlər öz rollarını həvəslə nümayiş ediblər. Qonaqlar böyük maraqla tamaşanı izləyiblər.
Sonda məktəbin direktoru Leyla Baxşıyeva şagirdlərə təşəkkür edib, onların çıxışını bəyəndiyini bildirib, ingilis dilini sevməyi tövsiyə edib.