7"A" sinfində “dəyirmi masa”

Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-il üçün Fəaliyyət Planına uyğun olaraq  məktəbin tarix müəllimi Vüsal Qafarov 7”A” sinif şagirdləri ilə “28 May-Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda “dəyirmi masa” təşkil edib.

“Dəyirmi masa”da 1918-ci ilin 28 May günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyində qoyduğu izdən danışılıb. Qeyd olunub ki. M.Ə.Rəsulzadə tərəfindən əsası qoyulan AXC türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Vüsal müəllim çıxış edərək bildirib ki, bu gün Müasir Azərbaycan dövləti Cümhuriyyətin özülü əsasında qurulub. Qədimdən dövlətçilik ənənəsi olan xalqımız AXC-nin 101 iilik yubileyini təntənə ilə qeyd edir. AXC-nin qaldırdığı 3 rəngli bayrağı ilk dəfə ulu öndərimiz H.Əliyev 1990-cı ildə qədim Naxçıvan torpağında qaldırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi