Şagirdlər Heydər Əliyev Mərkəzində

Məktəbin coğrafiya müəllimi Ağca Quliyeva, fiziki tərbiyə müəllimi Cületta Əliyeva və 60 nəfər şagird Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində olublar.

Muzey əməkdaşları şagirdlərə Heydər Əliyevin keçdiyi şanlı və tarixi yolu haqqında ətraflı məlumat veriblər. Şagirdlər Heydər Əliyevin yaşadığı dövrləri əks etdirən fotoşəkillər və şəxsi əşyaları, onun iş masası ilə yaxından tanış olublar. Dövrünün güclü şəxsiyyəti olan Heydər Əliyevin həyat yolunun nə qədər çətin və məsuliyyətli olması hər bir şagirdə çatdırılıb.

Bir azərbaycanlı kimi o fəxri hissləri hər birimiz yaşadıq. Yaxşı ki, Heydər Əliyev bizim xalqa məxsusdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi