Yusif Mirzəyevin 61-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 23-də məktəbdə şəhid qəhrəman Yusif Mirzəyevin anadan olmasının 61-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri məktəbin 9”A” sinif şagirdləri təşkil ediblər.

Yubileyə dəvət olunan şəhid qəhrəmanın ailə üzvləri, müəllimlər, valideynlər və şagirdlər Y.Mirzəyevin mənalı ömür yolundan danışıblar.

Qəhrəmanın Vətən və xalq sevgisindən ürəkdolusu danışan şagirdlər həyata onun yolunu tutmaq arzusundan söhbət açıblar. Bir-birindən gözəl şeirlər və mahnılar ifa edilib, rəngarəng rəqslər göstərilib. Qəhrəmanın ömür yolunu işıqlandıran videoçarx nümayiş edilib.

Şagirdlər and içiblər ki, onlar da bu qəhrəman kimi Vətənini və xalqını sevəcək, yeri gəlsə, Vətən uğrunda canlarından keçəcəklər.         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi