“Sağlam olaq” adlı tədbirdə şagirdlərin iştirakı
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15586114065ce685ce481805.78937892.jpg)
Mayın 22-də məktəbin şagirdləri “Pətək” İctimai Birliyi və TİKA-nın təşkilatçılığı ilə məktəblilərin “Sağlam olaq” klubunun tədbirində iştirak ediblər. Tədbirdə milli-mənəvi dəyərlərimiz haqqında söhbət aparılıb. Daha sonra şagirdlərə milli-mənəvi dəyərlərimiz, islam dini ilə bağlı test verilib və qalib şagirdlər mükafatlandırılıb.
Mükafatlandırılan şagirdlər sırasında VII sinif şagirdi Mirzəyeva Məryəm I yerə layiq görülüb.