9”A” sinfində “dəyirmi masa” keçirilib

Mayın 20-də məktəbdə təşkilatçı Qönçə Cəfərova, UBRT-i Mədinə Məmmədova və 9"A" sinif şagirdlərinin iştirakı ilə “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da şagirdlərə ümummilli lider Heydər Əliyevin gənclərə miras qoyduğu siyasi irsdən, bunun davamı olaraq hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ən sürətli inkişaf dövrü haqqında ətraflı məlumat verilib.

Qönçə Cəfərova ölkə daxilində siyasi, sosial-iqtisadi, mədəni, elm və təhsil sahələrində əldə edilən nailiyyətlərin, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasının bunun parlaq nümunəsi olduğunu vurğulayıb. Çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ilbəil artmasından ətraflı söhbət açıb və şagirdləri maraqlandıran sualları  cavablandırıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi