Şagirdin daha bir uğuru

Müsair dövrdə kitaba, ədəbiyyata maraq çox azalıb. Uşaqlarda bu həvəsi yaratmaq və formalaşdırmaq biz böyüklərin üzərinə düşür. Bu məqsədlə də müxtəlif müsabiqələr, yarışlar keçirilir.

Məktəbin 6”A” sinif şagirdi Nəsimi Tağızadə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Həq mənəm, həq məndədir, həq söylərəm” adlı bədii qiraət müsabiqəsində iştirak edib və II yeri tutduğuna görə diplomla təltif olunub.

O, Nəsiminin qəzəlini böyük ustalıqla səsləndirib, dinləyənlərin heyrətinə səbəb olub. Bu yarışma onun və digər iştirakçıların hafizəsində dərin iz buraxıb, onlarda klassik ədəbiyyata, qəzəl janrına böyük məhəbbət yaradıb  .   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi