Ulu öndərə həsr olunmuş tədbir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15577410115cd93dd31761c5.33515200.jpg)
Mayın 10-da məktəbin akt zalında Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibəti ilə böyük tədbir keçirilib.
Himnin sədaları altında başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Baxşıyeva ulu öndərin keçdiyi mənalı ömür yolu haqqında ətraflı məlumat verib.
Daha sonra rəhbərə aid videoçarx nümayiş olunub. Şagirdlər dahi şəxsiyyətə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar
Tədbirin əhəmiyyəti çox böyük oldu. Şagirdlər bu böyük şəxsiyyətin mənalı ömür yolunu öz gələcək işləri üçün bir həyat dərsi kimi dəyərləndirəcəklərini bildiriblər.