7”C” sinfində “Şuşanın işğalı mövzusunda “dəyirmi masa”

Məktəbdə riyaziyyat müəllimi Həcər Əliyevanın rəhbərlik etdiyi 7”C” sinfində “Şuşanın işğalı mövzusunda “dəyirmi masa” keçirilib. Dəyirmi masada şagirdlərdən Xəzər Zərbaliyev, Fatimə Təhməzova, Sevda Almaszadə və başqaları çıxış ediblər.

8 may 1992-ci il tarixdə Şuşanın işğalı baş tutmuşdur. Əslində isə, ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdır. Bütün qeyri-bərabər ölüm-dirim savaşında Azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 nömrəli tankı vurmağa nail oldular. Bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı müqavimət göstərirdi. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı. 480-i həlak oldu, 22.000 nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızdan hələ də xəbər yoxdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi