8”A” sinfində “Faşizm üzərində qələbə” mövzusunda dəyirmi masa

9 May Faşizm üzərində qələbə günüdür. Bu tarix bütün dünyaya bəllidir. Xeyrin şər üzərində mütləq qələbəsinin bariz nümunəsi olan “Qələbə günü” bizim respublikada da təntənəli şəkildə qeyd olunur.

Bakı şəhəri bu müharibədə qələbə qazanması üçün Sovet İmperiyasına çox yardım etdi. Qəhrəman şəhər adının alınmamasına baxmayaraq, bu qələbəni ötən illər ərzində fəxrlə qeyd ediblər.

Bu gün bizim borcumuzdur ki, bu bayramı layiqincə qeyd edib gələcək nəsillərə ötürək.

Məhz elə bu səbəbdən də mayın 7-də məktəbin növbəti tədbiri keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mustafayeva 8”A” sinfinin şagirdləri ilə “dəyirmi masa” təşkil edib. Şagirdlər “Faşizm üzərində qələbə” mövzusunda müxtəlif maraqlı məqalələr hazırlayıblar. Həmin mövzuda tərtib olunmuş slaydın nümayişi böyük marağa səbəb olub.

Sonda şagirdlərin hər biri bildirib ki. biz bu yaxında məhz erməni faşizmi üzərində qələbəni qeyd etmək istərdik.

Tədbir vətənə sevgi notları ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi