İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir

Hamıya məlumdur ki, 2019-cu il İmaddədin Nəsimi ili elan olunub. Bu səbəblə bağlı bütün respublikada müxtəlif tədbirlər keçirilir. Məqsəd isə keçmişimizi yaşatmaq, gələcək nəsillərə bədii irsimizi layiqli şəkildə ötürməkdir.

Aprelin 30-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mustafayevanın rəhbərliyi ilə 8”A” sinfinin şagirdləri böyük həvəslə şairin həyat və yaradıcılığı barədə araşdırmalar aparıb, sinif çərçivəsində gözəl bir təqdimat hazırlayıblar. İ.Nəsiminin keçdiyi keşməkeşli həyat yolu gənclərin böyük marağına səbəb olub. Şairin bəzi qəzəlləri şagirdlər tərəfindən səsləndirilib. Bu da gənclərin Nəsimi lirikasının füsunkarlığına bir daha valeh olmasına səbəb olub.

Həmin sinfin şagirdləri keçirilən tədbirdən məmnun qalıb və Sevinc müəlliməyə bu cür tədbirlərin davam etdirmək arzusunda olduqlarını bildiriblər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi