“Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” adlı “dəyirmi masa”

Məktəbdə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında “Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına uyğun olaraq “Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib. Dəyirmi masanı məktəbin Azərbaycan dili müəllimi Ceyran Həşimova 7”B” sinif şagirdləri ilə təşkil edib.

Tədbirdə Ceyran müəllimə xalqımıza məxsus olan milli-mənəvi dəyərlərimiz haqqında ətraflı məlumat verib. O, bildirib ki, qədim tarixə malik olan xalqımızın milli-mənəvi dəyərləri əsrlərin sınağından keçmiş, təkmilləşərək müasir dövrümüzə çatmışdır. Bu dəyərlər bizi hər yerdə həmişə başıuca, üzüağ edir. Bizi bir xalq kimi mədəni xalqlar cərgəsinə qoşur, Həmin dəyərləri biz də qorumalı, yaşatmalı və özündən sonrakı nəsillərə ötürməliyik.

Ceyran müəllimə daha sonra dövlətimizin başçısı cənab İ.Əliyevin, vitse-prezident M.Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması və yayılması barədə gördükləri məqsədyönlü işlərdən ürəkdolusu danışıb. Onlara  gördükləri bu işlərə görə məktəb və şagird kollektivi adından təşəkkür edib.

Daha sonra şagirdlər öz fikirlərini bölüşüblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi