İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir

Məktəbdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təcrübəçi müəllimləri birlikdə dahi şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı kimya-biologiya gecəsi keçirilib. Gecədə məktəb kollektivi və ADPU-nun müəllimləri, tələbələr iştirak ediblər.

Gecə İ.Nəsiminin qəzəli ilə başlayıb. Tədbirdə məktəbin şagirdləri bir neçə mahnı ifa edib, şeirlər söyləyiblər. Gecədə, həmçinin bir neçə səhnəciklər göstərilib. Belə ki, şagirdlərin ifasında “Dərman bitkiləri”, “Meyvələr” və “Toyda” adlı səhnəciklər maraqla izlənilib.

Gecə iştirakçılarına görkəmli kimyaçı akademiklərdən Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Vahab Əliyev, Əli Quliyev, Sahib Əliyevin kimyanın inkişafında göstərdiyi mühüm xidmətlər barədə məlumatlar verilib.

Gecədə şagirdlər təcrübəçi müəllimlərin köməyi ilə bir neçə maraqlı təcrübələr aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi