Aprel döyüşləri haqqında "dəyirmi masa" keçirilib

Aprelin 3-də məktəbin 7”B” sinfində “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Ali Baş Komandan İ.Əliyevin ordu quruculuğuna dair islahatlarından söhbət açılıb. Müasir müzəffər Azərbaycan ordusunun dünyanın ən qabaqcıl orduları ilə eyni cərgədə olmasından şagirdlər fəxrlə danışıblar.

“Aprel döyüşləri şəhidləri” adlı video-çarx izlənilib və qəhrəmanlarımızın döyüş rəşadətindən, mübarizə əzmindən ruh yüksəkliyi ilə söhbət açılıb.

Aprelin 4-də həmin tədbirlərin davamı olaraq hərbi geyimli şagirdlər marş sədaları altında qəhrəmanlarımızı anıblar. Şəhid qəhrəman Yusif Mirzəyevin büstü yanında şəkil çəkdiriblər. Təşkilati işlər üzrə direktor müavini Qönçə Cəfərova onlarda vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə çıxış edib. Bildirib ki, ən böyük qələbə Xankəndinə Azərbaycan bayrağını sancağımız gün olacaq. Biz hamımız bir nəfər kimi Ali Baş Komandanın əmrini gözləyirik.

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəllah əsgərəm mən də bu gündən.      

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi