Biologiya müəlliminin talassemiya mövzusunda dərsi

Aprelin 1-də məktəbin biologiya müəllimi Nuranə Abbasova 10”A” sinfində şagirdlərə talassemiya xəstəliyinin yaranma səbəbi, Azərbaycanda yayılması və müalicə tədbirləri haqqında məlumat verib. Nuranə müəllimə bildirib ki,  talassemiya irsi fan xəstəliyi olub, Azərbaycanda geniş yayılmışdır. Belə ki, ölkəmizdə hər on nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Daşıyıcı insanların evlənməsi nəticəsində isə bu nigahdan doğulan uşaqların 25%-i sağlam, 50%-i talassemiya daşıyıcısı, 25%-i isə xəstə doğulur. İstər talassemiya, istərsə də digər irsi xəstəliklərə malik uşaqların doğulması üçün nigaha girməzdən qabaq gənclərin genetik analizdən keçməyi vacibdir. Bu xəstəlik irsi olduğu üçün daşıyıcı insanlar arasında, qohum evliliyi isə xüsusilə yolverilməzdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi