5”A” sinfində dəyirmi masa

Martın 28-də məktəbin coğrafiya müəllimi Ağca Quliyevanın 5”A” sinfində ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən məcburi köçkün əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da 5”A” sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Son dövrlərdə ölkə Prezidenti İlham Əliyev cənabları əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra sərəncamlar imzalayıb. Bu il martın 1-dən “Minimum əmək haqqı 180 manat müəyyən edilib. Bu 450 min nəfərə şamil olunub.

Azərbaycan Respublikasının Prezidenti son 5 ildə 16 fərman və sərəncam imzalayaraq qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görüb.

2019-cu ildə minimum əməkhaqqı üçün dövlət büdcəsindən 335 milyon manat vəsait yönəldiləcək, bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına kömək edəcək.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi