"Ölkəmizdə həyata keçirilən quruculuq işləri" mövzusunda dəyirmi masa

Məktəbdə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən bir sıra tədbirlər həyata keçirilir.

Bu tədbirlərdən biri də “Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda olub. Dəyirmi masada Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin Respublikamızın inkişafındakı rolu haqqında söhbət açılıb. Müstəqil Azərbaycanın memarı kimi səciyyələndirilən dahi rəhbərin siyasi kursunun davamçısı İlham Əliyevin apardığı islahat işləri barədə ətraflı məlumat verilib. Dünya miqyasında sürətlə inkişaf edən ölkəmizin böyük siyasətçisi İ.Əliyevin daxili və xarici kursunun verdiyi bəhrələr işıqlandırılıb. Ordu quruculuğunda aparılan islahatlardan söhbət açılıb.

Daha sonra təhsil sahəsindəki uğurlu islahatlardan danışılıb. Heydər Əliyev fondunun dəstəyi ilə yerinə yetirilən uğurlu islahatlar, həyata keçirilən quruculuq işləri vurğulanıb. Şagirdlər geniş məlumatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi