“Narkomaniyaya yox deyək”

Martın 15-də Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məktəbin 9, 10 və 11-ci sinif şagirdləri qarşısında “Narkomaniyaya yox deyək” mövzusunda söhbətlər aparıb və şagirdlərə zərərli vərdişlərdən uzaq olmaqlarını tövsiyə ediblər. Tədbirdə Nəsimi rayon Baş Polis İdarəsinin İTŞ YYÇ PİT bölməsinin rəisi Firdovsi Əsədli, baş inspektor Faiq Sayadlı, inspektor Cəlil Əliyev, 21-ci Polis Bölməsinin yetkinlik yaşına çatmayanlar üzrə inspektor Aynur Babazadə iştirak ediblər.

Təlim və tərbiyə işləri üzrə direktor müavini T.Xankişiyeva Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına kollektiv ilə birgə əməkdaşlıq etdiklərinə, bugünkü tədbirdə geniş və ibrətamiz söhbətlər apardıqlarına görə kollektiv  adından  öz minnətdarlığını bildirib.

Sonda polis əməkdaşları şagirdləri ayrı-ayrılıqda qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi