“Dəyirmi masa” keçirilib

Martın 14-də məktəbdə “Tədbirlər Planı”na uyğun olaraq “Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Xüsusi təyinatlı Dəstənin tağım komandiri polkovnik-leytenant Cəlal Carçıyev, Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə xüsusi idarə rəisi, polkovnik Elçin Axundov, Əlbəyaxa döyüş növləri üzrə məşqçi, kapitan İlham Məmmədov, Ehtiyatda olan hərbi qulluqçu, polkovnik-leytenant İlham Mustafayev, Ehtiyatda olan hərbi qulluqçu, mayor Nurəli Məmmədov iştirak ediblər.

Dəvət olunmuş qonaqların hər biri şagirdlərin qarşısında öz hərbi xidmətləri haqqında ətraflı məlumat veriblər. Onların hər biri Qarabağ döyüşündəki fəaliyyətlərindən danışıblar.

Sonda onların hər biri şagirdlərə aid olan tövsiyələrini veriblər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi