“Novruz xalqımızın milli bayramıdır" adlı tədbir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15525532515c8a152389d305.59334569.jpg)
Martın 14-də məktəbdə “Novruz xalqımızın milli bayramıdır” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Baxşıyeva Novruz bayramının tarixindən, həmin bayramda xalqımıza məxsus öz əksini tapmış milli-mənəvi dəyərlərdən söhbət açıb. Bu bayrama ulu öndər Heydər Əliyevin verdiyi dəyəri şagirdlərin nəzərinə çatdırıb. Leyla Baxşıyeva qeyd edib ki, bu bayramın UNESCO-nun mədəni irsinə salınmasında vitse-prezident Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük rolu olmuşdur.
Tədbirə əsrarəngsiz gözəllik verən Kosa, Keçəl və Bahar qızın iştirakçıları bayram sovqatı ilə təbrik etməsi olub. Bir-birndən maraqlı musiqi və rəqslər şagirdlərin zövqünü oxşayıb. Tədbir iştirakçılarda xoş təəssürat yaradıb.