Tanap layihəsinin iqtisadi əhəmiyyəti
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15523826305c877aa6586fc0.64006331.jpg)
Martın 12-də 7”B”sinfində coğrafiya fənnindən ”Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi mövzusunda “dəyirmi masa“ təşkil edilib. “Dəyirmi masa“da TANAP layihəsinin iqtisadi əhəmiyyətindən, Trans-Anadolu qaz-boru kəmərinin Azərbaycanın siyasi və iqtisadi həyatında rolundan danışılıb.
Coğrafiya müəllimi Ağca Quliyeva TANAP-ın yolu ilə ixrac olunacaq qazın 80% ARDNS, 20% Türkiyənin BOTAŞ və TPAO şirkətlərinin payına düşəcəyini və onun keçdiyi ərazilər haqqında ətraflı məlumat verib.