Məktəbin müəllimi "Əməkdar müəllim" adına layiq görülüb

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Namazova Sevda Nadir qızı 1990-cı ildən Nəsimi II seçki dairəsi 16 saylı məntəqəsinin katibi, hal-hazırda isə həmin məntəqənin sədri vəzifəsində çalışır. 2009-cu ildə “Qabaqcıl Təhsil işçisi” Fəxri Fərmanı, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə isə “Əməkdar müəllim” adına layiq görülüb. Bu münasibət ilə onu təbrik edir, ona işlərində müvəffəqiyyətlər arzulayırıq.