Xocalı faciəsini unutmuruq

Azərbaycan xalqı cəngavərlik səhifələri ilə dolu tarixə malikdir. Əsrlərdən bəri xalqımızın başına gətirilən fəlakətlər XX əsrin sonlarında görünməmiş bir faciəni – Xocalı faciəsini Azərbaycan xalqına yaşatdı. Artıq həmin faciədən 24 il keçir. Hər il yaddaşımızı təzələyirik və Xocalı faciəsini yad edirik. Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin akt zalında müəllim və şagirdlərin iştirak etdiyi “Xocalı faciəsini unutmuruq“ başlığı altında ədəbi-bədii kompozisiya keçirildi. Məktəbin 11A sinif şagirdlərinin təşkil etdiyi səhnələşdirilmiş hadisələr çox dolğun və canlı oynanılırdı. Sanki bu şagirdlər həmin günləri görmüş və onları yaşamışdı. Bu tədbirin ərsəyə gəlməsində məktəbin Azərbaycan-dili və ədəbiyyat müəllimi Mustafayeva Sevinc və 11A sinif rəhbəri Təranə Abuşevanın zəhməti əvəzsizdir.Heç bir zaman bu faciəni unutmayacağıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi