“Mülkü Müdafiənin fəlakətlərə qarşı mübarizə rolu” adlı tədbir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15514405115c791a7fe50210.00366416.jpg)
Martın 1-də məktəbdə ”01 mart Ümumdünya Mülkü Müdafiə Günü”nə həsr edilmiş “Mülkü Müdafiənin fəlakətlərə qarşı mübarizə rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə bütün şəxsi heyət məktəbin “Tədbirlər Planına” uyğun olaraq iştirak edib.
Tədbir məktəbin direktoru Leyla Baxşıyevanın “Ümumdünya Mülkü Müdafiə Günü”nün keçirilməsinin əhəmiyyəti, MM-in təşkili və vəzifələri haqqında məruzə etməsi ilə başlayıb.
X və XI sinif şagirdlərinin bəzilərinə əleyhqazlar paylanıb, şəxsi heyətə fövqaladə hallarda əleyhqazların əhəmiyyətindən, ondan istifadəetmə qaydaları barədə və elecə də MM-in siqnalları verərkən şəxsi heyətin davranış qaydaları haqqında izahat işi aparılıb. “Mülkü Müdafiənin fəlakətlərə qarşı mübarizə rolu” mövzusunda açıq dərslər təşkil edilib.
Sonda tədbirin təşkilində və keçirilməsində fərqlənən müəllim və şagirdlərə təşəkkür elan edilib.