Şagirdlərlə görüş keçirilib

Martın 1-də məktəbdə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin direktoru Gülşən Axundova, “Ümidli Gələcək STİB”, icraçı direktor Kəmalə Aşumova, Qaynar Xəttin əməkdaşı, sosioloq Nəriman Məmmədov, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, sosial işçi fakultəsinin 4 kurs tələbəsi Abbas Məmiyevin iştirakı ilə V-IX sinif şagirdləri arasında görüş keçirilib.

Şagirdlərə Qaynar Xətt xidmətindən istifadə qaydaları öyrədilib. Şagirdlərə onları narahat edən məsələlərin hansı formada çatdırılması və bu xəbərlərin məxfiliyi haqqında ətraflı məlumatlar verilib. Bu məlumatlar şagirdləri çox maraqlandırıb. Nümayiş olunan slaydlar şagirdləri diqqətini çəkib. Şagirdlər bu sosial-şəbəkələrin əlaqə nömrələrini götürüb, hər hansı bir qaranlıq məqamlarda onların köməyindən istifadə edəcəklərinə ümidləniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi