Məktəbdə “Xocalı-27” adlı tədbir keçirilib

Fevralın 26-da məktəbdə “Xocalı faciəsinin 27-ci ildönümü” ilə əlaqədar “Xocalı-27” adlı ədəbi-bədii gecə təşkil olunub.

Tədbir məktəbin akt zalında keçirilib. Himnimizin sədaları altında start alan tədbir daha sonra Xocalıdakı şəhidlərin 1 dəqiqəlik anımı ilə başlayıb. Tədbirdə bir-birindən təsirli şeirlər söylənilib, səhnəciklər göstərilib. Şagirdlərin iştirakı ilə göstərilən səhnəciklərdə balaca könüllərdəki can yanğısı, düşmənə olan sonsuz nifrət duyulub.

Tədbirin sonunda məktəbin Azərbaycan dili müəllimi C.Həşimova çıxış edib. Tarixən əzəli və əbədi düşmənimizin 27 il öncə Xocalıdakı törətdiyi qətliyamı türk dünyasına qarşı erməni vandalizminin apardığı növbəti soyqırım olduğunu vurğulayıb. Ulu öndərimiz H.Əliyevin Xocalı faciəsi qurbanlarının dünyada soyqırım kimi tanıdılması üçün apardğı siyasi kursun cənab prezidentimiz tərfindən uğurla davam etdirilməsini bir daha şagirdlərin nəzərinə çatdırıb. Bu işdə H.Əliyev fondunun işi, o cümlədən Leyla Əliyevanın yeritdiyi məqsədyönlü tədbirlər bütün Azərbaycan xalqının ürəyindən gələn bir siyasət olduğu vurğulanıb.

             Tədbirin təşkilatçısı Q.Cəfərova öz arzularını şagirdlərə bildirib. Qönçə müəllimə bildirib  ki, növbəti anım gününü biz Xocalı torpağında keçirək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi