“Xocalı soyqırımının 27-ci ildönümü” ilə əlaqədar tədbir

Fevralın 22-də 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində “Xocalı soyqırımının 27-ci ildönümü” ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə məktəbimizin şagirdləri də iştirak ediblər.

Mərkəzin direktor müavini Kəmalə Abdullayeva və Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə 366-cı motoatıcı diviziyanın erməni-rus hərbi birləşməsinin Xocalıdakı törətdikləri soyqırım hadisəsindən ürəkyanğısı ilə şagirdlərə məlumatlar veriblər. İnsanlıq adına sığışmayan bu faciənin kökündə erməni vandalizminin əsas mənfur siması canlanıb.

Daha sonra şagirdlərin çıxışlarında Xocalıya həsr olunmuş şeirlər və səhnəciklər tədbir iştirakçılarını çox təsirləndirib. Məktəbdə “Xocalı-27” başlıqlı sərgi və divar qəzetləri nümayiş etdirilib. Sərgidə faciə qurbanlarının xatirəsinə aid nümunələr nümayiş etdirilib.

Siniflərin divar qəzetlərində bu soyqırımın dəhşətli mənzərələri və məqalələri daha çox maraq doğurub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi