"Xocalı soyqırımı”ilə əlaqədar dəyirmı masa keçirilib.

Bakı şəhəri Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Quliyeva Ağca müəllimə tərəfindən“Xocalı soyqırımı” ilə əlaqədar dəyirmı masa keçirilmişdir.Bu tədbirdə məktəbimizin tarix, coğrafiya, ədəbiyyat müəllimləri və 8A sinif şagirdləri iştirak etmişdilər.Dəyirmi masanın keçirilməsində məqsəd, erməni təcavüzünün bütün çirkin məqamlarını diqqətə çatdırmaq, yenidən şagirdlərimizin qan yaddaşını təzələmək olmuşdur.Tarixən Azərbaycana qarşı yeridilən ərazi iddiasının və türklərə qarşi ermənilərin yürütdükləri mənfur siyasətinin qurbanına çevrilmiş Xocalıların harayını bir daha dünya ictimayyətinə çatdırılması tələbini müzakirə etmişdilər.Yekunda dəyirmi masa, nikbin notlarla başa çatdırılmışdır. Ağca müəllimə, Ali baş komandanımız İlham Heydər oğlu Əliyevin səyi nəticəsində, Qarabağ torpaqlarının azad olunması, üçrəngli bayrağımızın işğal olunmuş torpaqlarda sancılması, tezlıklə Azərbaycan xalqı bu qələbə sevincini yaşayacağı ümüdü ilə fikirlərinı başa çatdırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi