7C sinfində “Xocalı soyqırımına” həsr olunmuş dəyirmi masa keçirilib

Fevralın 22-də məktəbin 7C sinfində “Xocalı soyqırımına” həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin müəllimləri Həcər Əliyeva, Səkinə Quliyeva və 7C sinif şagirdləri iştirak ediblər.

Ağazadə Aydan çıxış edərək bildirib ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir. Zərbalıyev Xəzər öz çıxışında qeyd edib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” kimi, digər ölkələrdə “Xocalı qətliamı” kimi anılır. “Xocalı soyqırımının” xatirəsinə 6 ölkədə 9-dan çox abidələr, Bakı şəhərində isə “Ana və uşaq” abidəsi ucaldılıb.

Tədbirin sonunda məktəbin riyaziyyat müəllimi Əliyeva Həcər çıxış edib. O çıxışında bildirib ki, “Xocalı faciəsi” əsrlər keçsə belə Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Belə tədbirlərin keçirilməsi şagirdlərin milli vətənpərvərlik ruhunu yüksəldib. Hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur ki, vətən uğrunda şəhid olan insanların xatirəsini hər zaman ansın və uca tutsun. Bu hər birimizin müqəddəs borcudur.     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi