“21 Fevral Beynəlxalq Ana dili günü” münasibətilə tədbir keçirilib

Fevralın 21-də məktəbimizdə “21 Fevral Beynəlxalq Ana dili günü” münasibətilə tədbir keçirilib.

Tədbir məktəbin akt zalında təşkil edilib. Ədəbi-bədii kompozisiya şəklində qurulmuş gecə məktəb rəhbərliyi, dərnək rəhbərləri, şagirdlər, müəllim və valideynlərin iştirakı ilə keçirilib.

Ədəbi gecəyə Azərbaycan Respublikası Himninin sədaları altında start verilib. Əvvəlcə bir-birindən maraqlı şeirlər söylənilib. Aparıcılar dilimizin müqəddəsliyi, varlığımızın möhürü olmasından söhbət açıblar. Daha sonra “Nitq hissələri” mövzusunda səhnəcik təşkil edilib.

Tədbirə daha çox maraq qatan isə dilimizdə səslənən mahnı və muğamlar olub. Tədbirin sonunda məktəbin direktoru Leyla Baxşıyeva Ana dilimzə olan dövlət qayğısından danışıb. Ulu öndər Heydər Əliyevin Ana dilindəki natiqliyindən ürəkdolusu söhbət açıb. Məktəbin Azərbaycan dili müəllimi Ceyran Həşimova dilimiz keçdiyi tarixi dönəmlərdən danışıb və bildirib ki, ana dili və ədəbiyyat müəllimləri daim məsuliyyətlə çalışmalıdır. Babalarımızın bizə miras qoyduğu bu dili qoruyaraq, sevdirək gələcək nəsillərə ərmağan etməliyik.

Daha sonra dərnək müəllimləri öz çıxışlarında məktəbdə yaradılan şəraitə görə rəhbərliyə təşəkkürünü bildirib.

Tədbir şagirdlərdə böyük ruh yüksəkliyi yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi