Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günü keçirilib

Fevralın 19-da Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adını daşıdığı 44 nömrəli tam orta məktəbdə ölümünün anım günü keçirilib.

Tədbir məktəbin akt zalında təşkil edilib. Zala toplaşan məktəb şagirdləri və tədbir iştirakçıları Himnin oxusundan sonra 1 dəqiqəlik sükutla qəhrəmanı anıblar. Daha sonra bir-birindən maraqlı şeir və səhnəciklərlə çıxış ediblər.

Qəhrəmanın ömür yolu haqqında ürəkdolusu danışan şagirdlər məktəbin onun adını daşımasını fəxrlə qeyd ediblər. Gələcəkdə onun yolunun davamçısı olacaqların and içiblər.

Tədbirdə iştirak edən Milli Qəhrəmanın övladı Nuranə Mirzəyeva atasının döyüş yolundan, Vətənə və xalqa məhəbbətindın danışıb. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Respublika prezidenti cənab İ.Əliyevə təşəkkürünü bildirib.

Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Qönçə müəllimə çıxış edib, şagirdlərimizə böyük məsuliyyətlə çalışıb-oxumalarını və vətənpərvər olaraq Yusif Mirzəyev kimi olmalarını tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi