“Narkotiklərə yox deyək” adlı tədbir

Fevralın 15-də Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbimizin VIII-IX sinif şagirdləri iştirak ediblər.   

Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərə Mübarizə İdarəsinin rəisi Zaur Fətəliyev, Xüsusi mühüm işlər üzrə əməliyyat müvəkkili Vüqar Nəcəfov, Yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili bölməsinin rəisi Məryəm Ömərova, 21-ci Polis bölməsinin yetkinlik yaşına çatmayanlar üzrə inspektor Aynur Babazadə, Əməliyyat müvəkkili Fuad Fərəcullayev və Mətbuat xidmətinin əməkdaşı Rəşad Mehdiyev iştirak ediblər.

Tədbir çox maraqlı keçib. Məsul şəxslər gənclərə narkotiklərin ziyanından, onun cəmiyyətə vurduğu bəlalardan danışıb. İnsan həyatını məhv edən bu zərərli bəladan uzaq olmağı onlara tövsiyə ediblər. Daha sonra slaydla görüntü verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin şagirdlərə çox böyük tərbiyəvi əhəmiyyəti olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi