“Mənim ana dilim” adlı dəyirmi masa

Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin Azərbaycan-dili və ədəbiyyat müəllimi tərəfindən “Mənim ana dilim” adlı dəyirmi masa keçirildi.Bu dəyirmi masanın təşkil olunmasında məqsəd Azərbaycan dilinin zənginliyi, onun keçmiş tarixi, ədəbi irsimizin bu dildə necə mükəmməl əks olunması haqqında geniş müzakirə və məlumatlar verilməsi idi. Xəlil Rza Ulutürkün şeirlərindən bir bənd masa iştirakçılarının diqqətini özünə cəlb etdi.Azərbaycan mənim elim,Azərbaycan mənim dilim,Doğransanda dilim-dilim,Mənim dilim ölən deyil.Azərbaycan başqa dilə dönən deyil.Ulutürkün dilinə verdiyi qiymət şagirdlər tərəfindən misra-misra təhlil olundu.Yekun, Ulu öndərimiz Heydər Əliyevin dilimizlə bağlı, fikirləri, onun nitqindəki mükəmməllik slayd şəkilində hissə-hissə dəyirmi masa iştirakçılarına təqdim olundu və bununla da sona çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi