"20 Yanvar qəhrəmanlıq tariximizdir” mövzusunda ədəbi-bədii gecə

Yanvarın 21-də məkəbimizdə “20 Yanvar qəhrəmanlıq tariximizdir” mövzusunda ədəbi-bədii gecə təşkil edilib. Tədbiri giriş sözü ilə açan direktor müavini T.Xankişiyeva 1990-cı il yanvarın19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbəri M.Qarbaçovun əmri ilə Qızıl Ordunun Bakıda törətdiyi hərbi cinayətlərdən danışıb. Ulu öndərimiz H.Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycan nümayəndəliyinə gəlməsi və hadisələrə siyasi qiymət verməsi şagirdlərə çatdırılıb.

Daha sonra bir-birindən maraqlı səhnəcik və şeirlərlə ədəbi-bədii kompozisiya davam etdirilib. Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Q.Cəfərova dövlətimizin rəhbəri İ.Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvlərinə və qazilərə göstərdiyi qayğıdan danışıb və ölkəmizin başçısına minnətdarlığını bildirib.

Tədbir məktəb kollektivi tərfindən böyük rəğbətlə qarşılanıb, onlarda Vətənə məhəbbət hissi güclənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi