“20 Yanvar faciəsi" ilə bağlı dəyirmi masa
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15481550305c46f896c86e54.78474707.jpg)
Məktəbin 7C sinif şagirdləri “20 Yanvar faciəsi" ilə bağlı dəyirmi masa keçiriblər. Şagirdlərin çıxışları, hazırladıqları slaydlar, həmin günlərin dəhşətinin unudulmadığını göstərib. Xələfova Fatimənin söylədiyi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri hamını kövrəldib. Şagirdlər şəhidlərimiz Məmmədova Larisa və İbrahimov İlqarı gözyaşları ilə yad ediblər.
Silahsız və dinc insanlara atəş açılan həmin gecənin şahidləri olan qonaqlar da öz çıxışları ilə şagirdləri həmin illərə qaytarıblar. Şagirdlər belə faciələri unutmayacaqlarına dair söz veriblər.