“Dünya Diabet Gününə” həsr olunmuş tədbir

Yanvarın 15-də məktəbdə “Dünya Diabet Gününə” həsr olunmuş tədbir keçirilib. Şagirdləri məlumatlandırmaq üçün görüşə 1 saylı Uşaq poliklinikasının həkimi Atakişiyeva Adilə və tibb bacısı Şahverdiyeva Gülər gəliblər. Onlar şagirdlərə diabet-şəkər xəstəliyi ilə əlaqədar geniş məlumat veriblər. Adilə xanım bildirib ki, bu xəstəlikdən Azərbaycanda 170 min xəstə əziyyət çəkir. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu xəstəlik uşaqlar arasında da yayılıb. Həkimlər diabet xəstəliyindən qorunmağın və sağlam həyat keçirməyin yolları haqqında faydalı məsləhətlər veriblər.

Daha sonra diabet xəstələrinə dövlət qayğısı haqqında məlumat verilib. Tədbir şagirdlərin marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi