5A sinif şagirdləri Şəhidlər Xiyabanına ziyarət ediblər
Məktəbin 5A sinif şagirdləri sinif rəhbəri Ağca müəllimə ilə birlikdə 20 Yanvar şəhidlərini anmaq üçün Şəhidlər Xiyabanına ziyarət ediblər. Orada torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Azərbaycan oğullarının məzarları üstünə qərənfillər qoyub, onları yad edərək şeirlər oxuduq.
Şəhidlər bizim and yerimizdir. Hər birimiz uşaqdan böyüyə kimi şəhidlərimizi hər an anmalıyıq.