Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 28-də məktəbimizdə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Leyla Baxşıyeva bildirib ki, 31 Dekabr millətin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri ulu öndərimiz H.Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis etdi.

Daha sonra məktəbin şagirdləri biri-birindən maraqlı və rəngarəng şeir və rəqsləri ilə ədəbi-bədii gecəni rənglədirdilər. Tədbiri daha çox gözəlləşdirən qışın rəmzləri olan Şaxta baba və Qar qızın çıxışları olub. Onlar öz arzularını şagirdlərə çatdırıblar. Bildiriblər ki, gələnilki bu əlamətdar günləri biz Qarabağda qeyd edək.

Daha sonra tərbiyə işləri üzrə direktor müavini Qönçə CƏfərova bütün xalqımıza tərəqqi və inkişafımızın qarantı olan dövlətimizə, onun başçısı İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya can sağlığı və uzun ömür arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi