6A sinif şagirdləri sərgidə iştirak ediblər

6A sinif rəhbəri Almas Əlyarbəyova şagirdləri ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgidə iştirak ediblər. Sərgidə Şirvanşahlar dövrünə aid maraqlı maddi-mədəniyyət nümunələri, unikal eksponatlar nümayiş olunub. Şagirdlər sərgidə Şirvanşahlar dövrünə aid  eksponatların 3D holoqramlarla təqdimatını maraqla qarşılayıblar. Vətən tarixini öyrənmək və təbliğ etmək baxımından əhəmiyyətini nəzərə alan məktəbin müəllim və şagird kollektivi mütəmadi olaraq belə sərgidə iştirak edirlər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi