“Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda tədbir

Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin təşkilatçılığı ilə məktəbimizdə “Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məktəbin 9,10,11-ci sinif şagirdləri qarşısında “Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda söhbətlər aparıb və şagirdlərə zərərli vərdişlərdən uzaq olmaqlarını tövsiyə ediblər.

Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Zaur Fətəliyev, xüsusi mühüm işlər üzrə əməliyyat müvəkkili Vüqar Nəcəfov, yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili bölməsinin rəisi Məryəm Ömərova, 21-ci Polis Bölməsinin yetkinlik yaşına çatmayanlar üzrə inspektor Aynur Babazadə, əməliyyat müvəkkili Fuad Fərəcullayev və Mətbuat xidmətinin əməkdaşı Rəşad Mehdiyev iştirak ediblər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Xankişiyeva Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına bu günkü tədbirdə geniş və ibrətamiz söhbətlər apardıqlarına görə kollektiv adından öz minnətdarlılğını bildirib. Sonda polis əməkdaşlarını ayrı-ayrılıqda qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi