Dünya azərbaycanlılarının həmrəylik günü

Dekabrın 21-də məktəbin 7B sinfində “Dünya azərbaycanlılarının həmrəylik günü” mövzusunda dərs keçirilib. Dərsi giriş sözü ilə açan məktəbin informatika müəllimi İradə Nəhmətova çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından biri olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü” haqqında tarixi qərarı qəbul etdi. Bu qərara əsasən hər il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur.

Daha sonra şagirdlər bu mövzuda öz fikirlərini söyləyərək müzakirə ediblər. Şagirdlərdən Əliyeva Səadət, Şükürova Nurcan, Mustafayev Dərya, Ağazadə Nail çıxış ediblər. Sonda slayd nümayiş olunub və gözəl şeirlər söylənilib.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi