Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı film

Dekabrın 14-də Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə tarix müəllimi Mircavid Əhməd və Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Aytən 9A və 11B sinif şagirdləri ilə birlikdə “Uzaq sahillərdə” filmini izləyiblər. Ə.Mircavid M.Hüseynzadənin Azərbaycan tarixində rolundan bəhs edib. Şagirdlərlə M.Hüseynzadənin partizan kimi fəaliyyəti barədə müzakirə aparılıb. Onun bir çox dilləri bilməsi və rəsm çəkməyi bacarması partizan kimi fəaliyyətində mühüm rol oynayıb.

Sonda tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova M.Hüseynzadənin qəhrəmanlığının həmişə yadda qalacağını vurğulayıb. Qarabağ müharibəsində həlak olan qəhrəmanlarımızın Mehdi Hüseynzadənin davamçıları olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi