Əbədiyaşar ümummilli lider Heydər Əliyev

Dekabrın 12-də məktəbdə dövrümüzün siyasət nəhəngi, ümummilli liderimiz H.Əliyevin ölümünün anım mərasimi keçirilib. Tədbir məktəbin akt zalında təşkil olunub. Akt zalda müdrik liderin ömür yolunu əks etdirən fotoşəkillər və plakatlardan ibarət sərgi yaradılıb. Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə açılıb. Daha sonra ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova bildirib ki, ümummilli liderimiz, dünya siyasət elminin ən böyük ustası H.Əliyev öz yüksək bəşəri özəllikləri, dönməz iradəsi və xoş əməlləri ilə sülhsevərliyi, elmi, biliyi, yorulmaz fəaliyyəti ilə XX əsrin sonuna imza atdı. XXI əsrə isə öz dərkənarını qoydu. Xalq, millət, bəşəri ideyalar naminə çarpışdı və qalib gəldi. O, müstəqil Azərbaycanımızın memarı və qurucusu oldu. Vətən üçün şam ömrü yaşayan bu dahi insan müstəqil məmləkətimizin şanlı tarixinə pozulmaz bir salnamə yazdı.

Daha sonra şagirdlərimiz ulu öndərə həsr olunmuş bir-birindən maraqlı fikirlər və şeirlər söyləyiblər. Tədbirdə çıxış edən fənn müəllimləri öz çıxışlarında bildiriblər ki, bu ulu rəhbərin ömrü bir həyat məktəbidir. H.Əliyev məktəbini bugünkü və gələcək nəsillərə çatdırmaq bizim şərəfli borcumuzdur. “Uşaqlar Azərbaycanın gələcəyidir”, deyən H.Əliyevin tövsiyələri təhsil işlərini yüksək şəkildə qurmaq üçün biz müəllimlərə doğru yol, ən faydalı örnəkdir. H.Əliyev adı ilə bağlı işıqlı gələcəyin yiyəsi xalqımız, həqiqətən, xoşbəxt xalqdır!

 Bu əbədiyaşar rəhbər həmişə bizimlədir!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi