Ümumdünya QİÇS Günü

Dekabrın 11-də məktəbimizdə Ümumdünya QİÇS günü ilə bağlı XI siniflərlə söhbət aparılıb. Həkim Atakişiyeva Adilə, tibb bacısı Şahverdiyeva Gülər tərəfindən ətraflı məlumatlar verilib. QİÇS-in yaranma səbəbləri, gələcəkdə törədə biləcəyi fəsadları, yoluxma yolları haqqında geniş söhbət aparıblar. Mövzu ilə əlaqədar video materiallar göstərilib. Şagirdlər onları maraqlandıran sualları veriblər və geniş müzakirə aparılıb.