Zərərli vərdişlərin acı nəticələri

Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin XIA sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərin acı nəticələri” mövzusunda flaşmob keçirildi. Bütün şagirdlərə zərərli vərdişlərin acı nəticələrini özündə əks etdirən vərəqlər paylanıldı, məlumatlar çatdırıldı, slaydlar nümayiş olundu. Zərərli vərdişlərin sonu ölümlə nəticələnən xəstəlik, uçuruma aparan yoldur. Zərərli vərdişlərə yox deyək! Sonra şagirdləri maraqlandıran suallara məktəbimizin direktoru Samirə Əkbərova, tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova tərəfindən cavablar verildi. Qeyd olundu ki, əgər həyatda yaşamaq istəyirsənsə gərək sağlam olasan. Bunun üçün idman, təmiz hava, rejimlə qidalanma, zərərli vərdişlərdən uzaq olmaq əsas şərtlərdəndir. Yaxşı deyiblər, sağlam bədəndə sağlam ruh olar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi